“Google”da etiraz dalğası

“Google DeepMind”ın bəzi əməkdaşları şirkətin ABŞ və İsrail orduları ilə süni intellekt sahəsində əməkdaşlığına etiraz edərək işdən ayrılır.
“Bakupost” xəbər verir ki, tədqiqatçılar süni intellekt sistemlərinin döyüş meydanında etibarlı qərarlar vermək üçün hələ kifayət qədər təkmilləşmədiyini düşünürlər.
“Google DeepMind”ın keçmiş mühəndisi Sofiya Liquri şirkətin hərbi əməkdaşlıqlarının elan etdiyi etik prinsiplərlə ziddiyyət təşkil etdiyini bildirib. Digər tədqiqatçı Andreas Kirş isə hərbi əməliyyatlarda süni intellektə nəzarət mexanizmlərinin yetərli olmadığını vurğulayıb.
“Google” dövlət qurumları ilə əməkdaşlıqlarının müəyyən qiymətləndirmə proseslərindən keçdiyini bildirir.
Vüsalə Hüseynova,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


