Bakı.Trend:
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qara dənizdə göyərtəsində Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu mülki gəminin vurulmasını pisləyən bəyanatla çıxış edib.
Bu barədə o rəsmi “X” səhifəsində yazıb.
“Rusiyanın Qara dənizdə növbəti eskalasiyasından ciddi narahatam. Bu məsuliyyətsiz hücumlar günahsız insanlara qarşı yönəlib və beynəlxalq hüququ açıq şəkildə pozur”, – deyə fon der Lyayen bildirb.
O, eyni zamanda həlak olan dənizçinin yaxınlarına da başsağlığı verib. Onun sözlərinə görə, gəminin daha üç heyət üzvü itkin düşmüş hesab olunur.
Qeyd edək ki, bundan əvvəl Qara dənizin Rumıniya sahillərində yük gəmisinin batması ilə bağlı xəbər yayılmışdı. Gəminin göyərtəsində olan 13 nəfərdən 3 nəfərinin Azərbaycan vətəndaşı olduğu açıqlanıb.




