Dünya · Ölkə.az

Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aİ lideri: Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, Ursula fon der Lyayen bu barədə “X” hesabında paylaşım edib.

“Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından dərin narahatam. Ukrayna və Azərbaycan ekipajının olduğu mülki gəmi Rumıniya sahilləri yaxınlığında vurulub.

Bu məsuliyyətsiz hücumlar günahsız insanların həyatını hədəfə alır və beynəlxalq hüquqa açıq şəkildə ziddir.

Həlak olan dənizçinin ailəsinə və yaxınlarına başsağlığımı bildirirəm. Hələ də üç ekipaj üzvü itkindir. Onları tapmaq üçün yorulmadan çalışan xilasetmə qruplarına təşəkkür edirəm”, – Ursula fon der Lyayen qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑