Gündəm · Globalinfo.az

Şimali Kiprdəki azərbaycanlıların həbs müddəti uzadıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şimali Kiprdəki azərbaycanlıların həbs müddəti uzadıldı xəbəri üçün şəkil

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşları – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Azərbaycan vətəndaşlarının növbəti məhkəməsi oktyabrın 30-na təyin edilib.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑