Dünya · Trend.az

Kiyev işıqsız qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyev işıqsız qaldı xəbəri üçün şəkil

Bakı.Trend:

Ukraynanın paytaxtı Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinin verilişində qəza səbəbindən fasilələr yaranıb.

Bu barədə Ukraynanın “DTEK” enerji holdinqi məlumat yayıb.

“Ukrenerqonun göstərişi ilə Kiyev və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib. Xatırladırıq ki, fövqəladə kəsintilər zamanı əvvəlcədən müəyyən edilmiş qrafiklər qüvvədə olmur”, – deyə holdinqin “Telegram” kanalında bildirilib.

Yerli KİV-lərin məlumatına görə, şəhərdə elektrik nəqliyyatının hərəkəti dayanıb, metro müvəqqəti olaraq fəaliyyət göstərmir

Kiyev və Kiyev vilayətində elektrik enerjisinin verilişində tez-tez yaranan fasilələrin Ukraynanın enerji infrastrukturuna, o cümlədən elektrik stansiyalarına, yarımstansiyalara və ötürücü şəbəkələrə endirilən zərbələrlə əlaqədardır. Rusiya ilə müharibə fonunda bu hücumlar enerji sisteminin istehsal və paylama imkanlarını zəiflədir, nəticədə elektrik enerjisi çatışmazlığı və şəbəkənin həddindən artıq yüklənməsi səbəbindən fövqəladə elektrik kəsintilərinə ehtiyac yaranır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑