Bakı. Trend:
Yaxşı qonşuluq siyasətinə uyğun olaraq İranın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə əlaqələri əlaqələri gün-gündən yaxşılaşmağa doğru irəliləyir.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (2 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Qonşu ölkələrlə əlaqələr İran üçün strategiyadır. Qonşu ölkələr İranın geosiyasi üstünlüklərindən biridir”, -deyə o bildirib.
Bəqai əlavə edib ki, bu çərçivədə İran xarici işlər naziri Seyid Abbas Əraqçinin Türkmənistana səfərində onu iqtisadiyyat, xüsusilə də neft sahəsində rəsmilər müşayiət edir.
“İranın Türkmənistanla inkişaf etməkdə olan münasibətləri var. Əraqçinin Türkmənistan səfərində müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, enerji kimi sahələrdə danışıqlar aparılacaq. Bu səfərin nəticəsi iki ölkənin iqtisadi mübadilələrinin yaxşılaşmasına kömək göstərmək üçün effektif ola bilər”, -deyə o bildirib.
Qeyd edək ki, İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Türkmənistana səfər edib.



