Dünya · Editor.az

735 milyard avroluq borc Belçikanı çətin vəziyyətə saldı – Hökumət istefaya gedir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
735 milyard avroluq borc Belçikanı çətin vəziyyətə saldı – Hökumət istefaya gedir xəbəri üçün şəkil

Belçikada büdcə ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb. Ölkənin Baş naziri Bart De Wever hökumətin istefasını Kral Filipə təqdim etmək niyyətindədir. Bu qərara səbəb hökumət daxilində büdcə məsələləri üzrə razılığın əldə olunmamasıdır.

Türkiyə mediasına istinadən xəbər verilir ki, De Wever bazar ertəsi yerli vaxtla saat 09:30-da Kral Filip ilə görüşəcək. Görüş zamanı hökumətin istefası məsələsini təqdim edəcəyi bildirilir.

Hökumətin istefa qərarı gecə boyu davam edən büdcə müzakirələrindən sonra gündəmə gəlib. Tərəflər ölkənin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.

Belçikanın Avropa İttifaqının maliyyə qaydalarına uyğunlaşması üçün təxminən 10 milyard avroya qənaət etməsi tələb olunur. Ötən il ölkədə büdcə kəsiri ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatıb. Halbuki Avropa İttifaqının müəyyən etdiyi hədd 3 faizdir.

Maliyyə vəziyyətini çətinləşdirən digər amil isə dövlət borcunun həcminin artmasıdır. Belə ki, Belçikanın dövlət borcu 735 milyard avronu ötüb. Bu, ölkənin ÜDM-nin 110 faizindən çoxdur. Avropa İttifaqının qaydalarına əsasən, dövlət borcunun ÜDM-ə nisbəti 60 faizdən artıq olmamalıdır.

Büdcə ilə bağlı razılığın əldə edilməməsi dövlət istiqrazları üzrə faiz dərəcələrinin də yüksəlməsinə səbəb olub. Nəticədə Belçika borclarına xidmət göstərmək üçün daha çox vəsait xərcləməli olur.

Kral Filip Baş nazirin istefasını qəbul edərsə, ölkədə növbədənkənar seçki prosesi başlaya bilər. Bununla belə, kral istefanı rədd etmək və ya qərar verməzdən əvvəl məsələni əlavə qiymətləndirməyə götürmək hüququna malikdir.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑