Bakı.Trend:
Rusiyalı tanınmış televiziya aparıcısı və aktyor Leonid Yakuboviçin adı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına daxil edilib.
RBK-nın məlumatına görə, müvafiq məlumat kartı qurumun rəsmi portalında dərc olunub.
Buna əsas kimi onun Rusiya hakimiyyətinin siyasətini dəstəkləməsi, eləcə də Vladimir Putinin prezident seçkiləri kampaniyalarında səlahiyyətli nümayəndə qismində iştirak etməsi və 2016-cı ildə Krıma səfər etməsi göstərilib.
Məlumat kartında Yakuboviçin Ukrayna ilə münaqişə barədə səsləndirdiyi fikirlər, həmçinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınmasını dəstəkləməsi də qeyd olunub. Bundan başqa, Baş Kəşfiyyat İdarəsi aparıcının Rusiya hərbçilərindən və müharibə iştirakçılarından hədiyyələr aldığı “Pole Çudes” (“Möcüzələr sahəsi”) verilişlərinin buraxılışlarına da diqqət çəkib.

