Dünya · Trend.az

Keniyada 100-dən çox insan Ebola şübhəsi ilə karantinə yerləşdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Keniyada 100-dən çox insan Ebola şübhəsi ilə karantinə yerləşdirilib xəbəri üçün şəkil

Bakı.Trend:

Keniyada Ebola virusuna ilk yoluxma halı aşkarlanandan sonra 108 nəfər karantinə alınıb.

Bu barədə “Daily Nation” qəzeti ölkənin səhiyyə naziri Eyden Dualeyə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, hakimiyyət orqanları virusa yoluxmuş şəxslə təmasda olan 122 nəfərin şəxsiyyətini müəyyənləşdirib. Onlardan 108-i gündəlik tibbi nəzarət altında karantində saxlanılır. Hələlik onların heç birində xəstəliyin simptomları aşkarlanmayıb. Digər təmasda olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Nazir qeyd edib ki, ölkədə yeni Ebola virusuna yoluxma halları qeydə alınmayıb. Mümkün yoluxma ilə bağlı daxil olan 289 məlumat əsasında ümumilikdə 293 nümunə laborator müayinədən keçirilib. Müsbət nəticə yalnız əvvəllər təsdiqlənmiş yoluxma halında qeydə alınıb.

Keniyada Ebola virusuna ilk yoluxma halı oktyabrın 6-da təsdiqlənib. Virusa yoluxan şəxs əvvəllər Konqo Demokratik Respublikasında yaşamış Keniya vətəndaşı olub. O, oktyabrın 3-də Uqanda vasitəsilə Nayrobiyə gəlib və iki gün sonra xəstəxanada vəfat edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑