Böyük Britaniyanın baş naziri Endi Börnhemin Rusiyanın “Brexit” referendumuna müdaxilə etməsi ilə bağlı iddiaları müzakirə obyekti olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Federasiya Şurasının informasiya siyasəti və KİV-lə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov öz “Telegram” kanalında yazıb.
Börnhemin fikirləri Rusiya senatorunu təəccübləndirib.
“Rusların uzaq Britaniya vətəndaşlarını Avropa İttifaqından çıxmağa səs verməyə necə sövq edə bildiyini izah etmək mümkün deyil. Amma bu, Baş naziri narahat etmir”, – deyə Puşkov bildirib.
O, həmçinin Britaniyanın baş nazirinə İngiltərə kralı II Henrinin 1170-ci ildə Kenterberi arxiyepiskopu Tomas Beketi öldürməsinin arxasında da, bəlkə, rusların dayanıb-dayanmadığını araşdırmağı tövsiyə edib.
Qeyd edək ki, Endi Börnhem Rusiyanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı səsverməyə birbaşa müdaxilədə ittiham edib.
Günay Rəsulqızı
Globalinfo.az




