Bakı.Trend:
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyiblər.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, siyahıya təxminən 1,6 min fiziki və hüquqi şəxs daxil edilib.
“Bu, sanksiya siyahımızın ən genişmiqyaslı genişləndirilməsidir. Avropa bir daha öz birliyini nümayiş etdirir”, – deyə Kallas qeyd edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dəqiqləşdirib ki, Aİ-nin sanksiya siyahısına 743 fiziki və 826 hüquqi şəxs daxil edilib.
Kallas daha əvvəl bu paketi Rusiyaya qarşı tətbiq edilən “ən böyük sanksiyalar paketi" adlandırıb.




