TRIPP layihəsinə dair sənədin oktyabrın sonunda Ermənistan parlamentində ratifikasiya üçün müzakirəyə çıxarılması gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, sənədin parlamentə təqdim edilməsi üçün müvafiq prosedurların tamamlanması tələb olunur. Hazırda bu istiqamətdə proses davam edir.
“Düşünürəm ki, proses davam edir. Müvafiq prosedurlar başa çatdıqdan sonra nazirlik sənədi ratifikasiya üçün təqdim edəcək. Dəqiq vaxt deyə bilmərəm, lakin təxminən oktyabrın sonuna planlaşdırılır”, – deyə o qeyd edib.
Abisoqomonyan sənədin parlamentə göndəriləcəyi konkret tarixi açıqlamayıb. Onun açıqlamasına əsasən, oktyabrın sonu ilkin vaxt kimi nəzərdə tutulur və təqdimat prosedurların başa çatmasından asılı olacaq.


