“Rusiya enerji atəşkəsinə əməl etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
O, tərəflər arasında real atəşkəs təmin olunana qədər enerji məsələlərinin müzakirəsinə qayıtmağın mümkün olmadığını vurğulayıb:
“Son 48 saat ərzində Rusiyanın enerji atəşkəsinə əməl etdiyini göstərən heç bir əlamət görməmişəm.
Hamımız bu məsələyə ciddi yanaşmalıyıq. Hazırda mövqeyimizi dəyişmək üçün heç bir faktiki əsas yoxdur.
Rusiya həm mülki əhaliyə, həm də Ukraynanın infrastrukturuna zərbələr endirməkdə davam edir”.
Safura Bənnayeva
Globalinfo.az



