Dünya · Xəzər Xəbər

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər xəbəri üçün şəkil

Böyük Britaniyanın Reform UK partiyası hakimiyyətə gələcəyi təqdirdə, ölkədə sığınacaq sistemini beş ilədək dayandırmağı planlaşdırır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, partiyanın açıqladığı plana əsasən, sığınacaq üçün bütün yeni müraciətlər rədd ediləcək, hazırda baxılmaqda olan müraciətlər isə etibarsız sayılacaq. Bununla yanaşı, qaçqın statusunun və humanitar müdafiənin verilməsi, həmçinin qaçqınların qanuni yollarla ölkəyə qəbulu və köçürülməsi proqramları dayandırılacaq.

Partiya sığınacaq müraciətləri ilə bağlı apellyasiya sistemini də ləğv etməyi və hazırda şikayətlərinə baxılmasını gözləyən 90 min nəfəri ölkədən deportasiya etməyi nəzərdə tutur.

Reform UK partiyasının daxili işlər üzrə sözçüsü Ziya Yusuf bildirib ki, bu tədbirlər Böyük Britaniyada sərhəd nəzarətinin effektiv fəaliyyətini təmin etməyə yönəlib.

Partiyanın mövcud təkliflərinə əsasən, Böyük Britaniyaya qanunsuz daxil olan, vizasının müddətini keçən və ya təhlükəsiz hesab edilən ölkələrdən gələn şəxslər sığınacaq almaq hüququndan məhrum ediləcəklər. Partiya hesab edir ki, bu dəyişikliklər hazırda sığınacaq üçün müraciət etmiş şəxslərin işlərinə baxılmasının da qarşısını alacaq.

Qeyd edək ki, Böyük Britaniyada parlamentin səlahiyyət müddəti, adətən, beş il təşkil edir. Lakin növbədənkənar parlament seçkiləri keçirildiyi halda, bu müddət daha qısa ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑