Dünya · Bizim.Media

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ xəbəri üçün şəkil

Rusiya Gürcüstanın 7 şərab istehsalçısına (“Nabeqlavi” daxil olmaqla) embarqo tətbiq etsə də, “Gürcü Arzusu” partiyasının deputatı Zaal Duqladze və Bidzina İvanişvilinin qardaşı Aleksandr İvanişvilinin ailəsinə məxsus “Duqladze” şirkəti bu qadağalardan kənarda qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze danışıb. 

O, "Pirveli" telekanalının Rusiyanın tətbiq etdiyi embarqonun səbəbləri və "Duqladze" şirkətinin niyə siyahıya düşməməsi ilə bağlı jurnalistin suallarına cavab verərkən bildirib ki, aidiyyəti qurumlar məsələni araşdırır və tezliklə hər şey aydınlaşacaq.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili isə Rusiyanın bu qərarının səbəblərinin aydın olmadığını vurğulayıb.

O bildirib ki, biznes harada daha sərfəlidirsə, orada da fəaliyyət göstərməlidir və ölkənin Rusiya bazarından imtina etməsi tələblərini tənqid edib:

"Biznes siyasi qərarlarla deyil, öz mənfəətinə uyğun hərəkət etməlidir."
 

Embarqoya məruz qalan "Tbilvino" şirkətinin icraçı direktoru Zurab Marqvelaşvili də hələlik dəqiq səbəbləri bilmədiklərini və məsələni öz nümayəndələri vasitəsilə aydınlaşdırmağa çalışdıqlarını qeyd edib.


Ekspertlər Rusiyanın Gürcüstan şirkətlərinə qarşı sanksiyalarının davam edə biləcəyini istisna etmirlər.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑