Oktyabrın 14-də Yer kürəsində zəif intensivlikli G1 səviyyəli maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, maqnit sahəsindəki pozuntuların ən çox oktyabrın 14-nə keçən gecə hiss olunacağı gözlənilir.
Mütəxəssislərin sözlərinə görə, oktyabr ayı ümumilikdə sakit keçəcək. Ayın 14-dən sonra növbəti maqnit qasırğasının oktyabrın sonuncu günü baş verəcəyi proqnozlaşdırılır. Həmin vaxta qədər ciddi geomaqnit dalğalanmaları gözlənilmir.
Müəllif: Roza




