Hindistanda gəlin toydan iki gün sonra ərini və onun valideynlərini zəhərləyib.
News24.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
İstintaqın məlumatına görə, 32 yaşlı Valmik Taraçand Patil şübhəli Suman Subhaş Sahani ilə ailə həyatı qurub.
Məlum olub ki, gəlin vasitəçi tərəfindən başqa ştatdan gətirilib. Nikahın təşkili ilə bağlı sövdələşmənin 2600 dollara başa gəldiyi bildirilir.
Polisin versiyasına görə, Suman və saxlanılan digər şübhəli Aarti Suryaprakaş Patel yeməyə siçovul zəhəri qatıb.
Nəticədə bəyin özü, eləcə də atası və anası zəhərlənib. Hadisədən sonra qadınlar pulları götürərək qaçıblar.
Ağır zəhərlənmə əlamətləri olan zərərçəkənlər xəstəxanasına yerləşdiriliblər. Qadınlar elə həmin gün qonşu kənddə saxlanılıblar.
Hazırda polis qadınların ölkəyə gətirilməsini təşkil edən vasitəçinin axtarışını davam etdirir.
İstintaq zamanı qarət məqsədilə əlbir olmaq ehtimalı da daxil olmaqla, bütün versiyalar yoxlanılır.
Araşdırma davam edir.



