Dünya · Publika.az

Zelenski Trampla münaqişənin astanasında: Qərb Kiyevin gələcəyindən narahatdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Trampla münaqişənin astanasında: Qərb Kiyevin gələcəyindən narahatdır xəbəri üçün şəkil

Qərb ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün münaqişədən narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrə görə, Zelenskinin Trampla münasibətlərində gərginliyin artması Kiyev üçün təhlükə yarada bilər. Belə ki, Ukrayna NATO müttəfiqlərinin maliyyələşdirdiyi ABŞ silahlarının tədarükündən və Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsindən asılıdır. Bununla yanaşı, ölkə münaqişənin beşinci qışı ərəfəsində maliyyə çatışmazlığı ilə üzləşir.

Kremlin sözçüsü Dmitri Peskov isə daha əvvəl Zelenskinin emosional vəziyyətinin onun rasional qərarlar qəbul etməsinə mane olduğunu iddia edib.

Peskov, həmçinin Zelenskinin Rusiyaya ünvanladığı son təhdidlərin Kiyevin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərdiyini bildirib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑