Dünya · Baku.ws

Avstraliyanın cənubunda güclü fırtına 7 mindən çox abonenti işıqsız qoyub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avstraliyanın cənubunda güclü fırtına 7 mindən çox abonenti işıqsız qoyub xəbəri üçün şəkil

Avstraliyanın Cənubi Avstraliya ştatında baş verən güclü fırtınalar nəticəsində 7 mindən çox abonentin elektrik enerjisi təchizatı kəsilib. Şiddətli külək və dolu bir sıra ərazilərdə fəsadlara səbəb olub.

BAKU.WS xəbər verir ki, bazar günü ştatın geniş ərazilərində müşahidə olunan fırtına gecə saatlarında paytaxt Adelaidaya da çatıb. Güclü külək ağacların aşmasına, dolu isə müxtəlif ərazilərdə dağıntılara səbəb olub.

Ştatın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, bazar günü günortadan etibarən, əsasən aşmış ağaclarla bağlı 100-dən çox yardım çağırışı daxil olub.

SA Power Networks şirkəti isə bazar ertəsi günortadan sonra 1 872 abonentə təsir edən 15 ayrı elektrik kəsintisinin qeydə alındığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑