Bakı. Trend:
İranın Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin hər biri ilə müxtəlif sahələrdə ayrı-ayrılıqda çox yaxşı münasibətləri var.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (12 oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran Türkmənistanda keçirilən MDB+ iclası ilə bu ölkələrlə əlaqələri daha da gücləndirmək istəyir.
Belə tədbirlərin keçirilməsi ölkələr arasında əlaqələrin möhkəmlənməsi ilə nəticələnə bilər. Bu da MDB ölkələri ilə İran arasında əlaqələrin möhkəmlənməsi istiqamətində addımın atılmasına səylərin göstərildiyini əks etdirir”, -deyə o qeyd edib.
Bəqai deyib ki, Türkmənistanda keçirilən MDB+ iclasında İran prezidenti Məsud Pezeşkian xüsusi qonaq olaraq ilk dəfə iştirak edib.
Qeyd edək ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.




