Dünya · Trend.az

Karapetyanın evində axtarış aparılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Karapetyanın evində axtarış aparılıb xəbəri üçün şəkil

Bakı.Trend:

Ermənistan İstintaq Komitəsinin müstəntiqləri səhər saatlarından etibarən “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparırlar.

Bu barədə Ermənistanın "Aysor" nəşri məlumat yayıb.

Axtarışlar həmçinin Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da aparılır.

Samvel Karapetyan 2025-ci il iyunun 17-də Erməni Apostol Kilsəsini müdafiə edən çıxışından sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. O, artıq 1,5 ildir həbsdədir (hazırda ev dustaqlığındadır) və işi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində araşdırılır.

Narek Karapetyan Samvel Karapetyanın qardaşı oğludur və 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində “Güclü Ermənistan” blokunun seçki siyahısına rəhbərlik edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑