Dünya · Bizim.Media

Tramp neft böhranına görə İranı günahlandırdı – Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp neft böhranına görə İranı günahlandırdı – Video xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin artmasına səbəb kimi İranı göstərib. 

Bizim.Media xəbər verir ki, o, neft böhranının Ukrayna ilə deyil, İranla bağlı olduğunu bildirib.
 

Trampın sözlərinə görə, ABŞ hazırda dünyanın ən güclü iqtisadiyyatına malikdir, lakin benzinin bahalaşması insanların ölkədəki iqtisadi vəziyyəti lazımi səviyyədə qiymətləndirməsinə mane olur.


“Əslində, dünyanın ən güclü iqtisadiyyatı bizdədir. Bilirsiniz, ilk prezidentlik müddətimdə ən yaxşı iqtisadiyyata malik idim. Lakin benzin qiymətlərinə görə insanlar bunu hiss etmirlər. Benzinlə bağlı problemə isə İran səbəb olub”, – deyə Tramp bildirib.



Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑