Bakı. Trend:
Tam şəkildə önləyici gücə çatmaq üçün İranın strategiyası mütləq davam etməlidir.
İranın Ali Liderinin ofisinin məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei çərşənbə günü (4 noyabr) İranda “Dünya İmperializmi ilə Milli Mübarizə Günü” ilə əlaqədar müraciətində bildirib.
“İmperalist sistemdə partiya və ya davranış dəyişikliyi və ABŞ-yə müəyyən imkanın yaradılması ilə onun İranla düşmənçilikdən imtina edəcəyinə ümid bəsləyənlər yanlış təsəvvür edirlər.
İran öz vətəndaşlarına arxalanaraq müqavimət nəticəsində böyük nailiyyətlər əldə edib. Buna əsasən təslim olmağa ən kiçik meyllilik qarşı tərəfi daha da cəsarətləndirəcək”, -deyə o bildirib.
Xamenei qeyd edib ki, hərtərəfli inkişaf və birlik İranın uğurunun əsas amilidir. Vətəndaşlar ölkə rəsmilərinə dəstəyini davam etdirməli, rəsmilər də vətəndaşların sosial rifahı və asayişinin təmin olunmasına çalışmalıdırlar.
İranın Ali Lideri deyib ki, İranın Hörmüz boğazına idarəetməni tətbiq etməsi və ABŞ-nin region ölkələrindəki hərbi bazalarına hücumu ABŞ-nin hücumlarına reaksiya vermək məqsədini daşıyırdı:
"Eyni zamanda regional aspektdə ABŞ-yə qarşı ilk müharibəyə hesab olunur. İrana qarşı hücumlar təkrarlandığı halda onun istiqaməti daha geniş və böyük olacaq".
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei ölüb. Onun yerinə oğlu, Ayətullah Seyid Müctəba Xamenei təyin olunub.



