Dünya · Təzadlar

İsrailin Qəzzaya hücumlarında son 24 saatda üç nəfər ölüb - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrailin Qəzzaya hücumlarında son 24 saatda üç nəfər ölüb - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda üç nəfər həyatını itirib.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzaya hücumları nəticəsində itkilər barədə son məlumatlar paylaşılıb.

Atəşkəsə baxmayaraq, son 24 saat ərzində Qəzzada 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilib.

Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə mindiyindən bəri, İsrailin Qəzzaya hücumlarında 1602 nəfər həyatını itirib, 5794 nəfər yaralanıb və 847 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayının 74618 nəfərə çatdığı, 175920 nəfərin yaralandığı bildirilir.

Qəzza zolağında hələ də dağıntılar altında minlərlə cəsədin olduğu bildirilir.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑