Avropa İttifaqı (Aİ) 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsi üçün müttəfiqlərindən əlavə 70 milyard avro cəlb etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət əvvəldən razılaşdırılmış 90 milyard avroluq kreditdən əlavə vəsaitdən gedir.
Brüsselin planına əsasən, əlavə maliyyə yükünü Kanada, Böyük Britaniya, Yaponiya və Norveç də bölüşməlidir. Aİ Ukraynaya dəstək üçün birlikdən kənar tərəfdaşların da vəsait ayırmasını istəyir.
Nəşrin məlumatına görə, Ukrayna 2027-ci ildə mövcud dəstək krediti çərçivəsində ayrılan vəsaitdən əlavə 70 milyard avroya ehtiyacı olduğunu bildirib.
Qeyd olunub ki, Avropa İttifaqı ölkələri indiyədək Ukraynaya 194,9 milyard avro maliyyə yardımı göstərib.
Müəllif: Roza

