İqtisadiyyat · Trend.az

Azərbaycan və İspaniya iqtisadi araşdırmalar aparacaq - Saziş imzalandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və İspaniya iqtisadi araşdırmalar aparacaq - Saziş imzalandı xəbəri üçün şəkil

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında Əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair sənəd birgə tədqiqatların aparılmasını və iqtisadi inkişaf istiqamətləri üzrə dialoqun genişləndirilməsini nəzərdə tutur.

Bakıda İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Sənədi iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İspaniyanın IE Universitetinin icraçı prezidenti Santyaqo İniqes Onsono imzalayıblar.

Saziş iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə tədqiqatların və iqtisadi təhlillərin aparılmasını, dövlət, biznes və akademik dairələr arasında dialoqun təşviqini nəzərdə tutur.

İqtisadi Observatoriyanın fəaliyyəti çərçivəsində iqtisadi inkişaf meyillərinin, gələcək artıma təsir edən amillərin öyrənilməsi, iqtisadi monitorinqin və beynəlxalq müqayisələrin aparılması planlaşdırılır. Tədqiqat gündəliyi Azərbaycanın iqtisadi prioritetləri və IE Universitetinin akademik təcrübəsi nəzərə alınmaqla birgə müəyyən ediləcək.

Qeyd edək ki, IE Universiteti İspaniyada fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Universitet bakalavriat, magistratura və doktorantura, eləcə də rəhbər şəxslər üçün təhsil proqramları təklif edir. Onun fəaliyyəti təhsil, tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərini əhatə edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑