İqtisadiyyat · BiG.az

Avropa liderləri Putinlə telefon danışığı apardılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa liderləri Putinlə telefon danışığı apardılar xəbəri üçün şəkil

Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin rəsmi saytındakı məlumatda deyilir.

Telefon danışığı müharibənin dayandırılmasına kömək etməli olan gələcək danışıqlarla bağlı mesajları birbaşa V.Putinə çatdırmaq məqsədi daşıyır.

A.Stubb və Y.Störe vurğulayıblar ki, Finlandiya və Norveç Ukraynaya dəstək verməyə davam edəcək, həmçinin müharibəni başa çatdırmağın və danışıqları bərpa etməyin zəruriliyini bildiriblər.

"Danışıq səmimi və məzmunlu oldu. Biz Rusiyanın qonşularıyıq. Bu müharibənin nəticəsi bizim və bütövlükdə Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Müharibəni dayandırmaq üçün birbaşa danışıqlar lazımdır", - A.Stubb bildirib.

Öz növbəsində, Y.Störe qeyd edib ki, müharibə maddi və insan itkiləri ilə müşayiət olunur.

Bununla yanaşı, məlumatda qeyd olunub ki, A.Stubb və Y.Störe danışıq zamanı yalnız öz ölkələrinin liderləri kimi çıxış ediblər və bütövlükdə Avropanı təmsil etməyiblər.

Avropa liderləri daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıblar.

Liderlər Ukrayna ilə həmrəy olduqlarını və tezliklə sülhə nail olmağın vacibliyini qeyd ediblər .






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑