ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda “süni intellekt” (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşdırılır və buna səbəb terminin qeyri-dəqiq hesab edilməsidir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, AI əvəzinə “superintellekt” (SI – Super Intelligence) istifadə edilməlidir, çünki bu adı artıq demək olar ki, hamı istifadə edir və ya tezliklə istifadə etməyə başlayacaq.
“Tezliklə biz qeyri-dəqiq olduğuna görə bütün müvafiq sənədlərdə və digər materiallarda AI – Artificial Intelligence termininin istifadəsini rəsmən qadağan edəcəyik”, – o yazıb.




