Siyasət · Trend.az

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin beynəlxalq nəqliyyatda rolu durmadan artır - Sərdar Berdiməhəmmədov

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin beynəlxalq nəqliyyatda rolu durmadan artır - Sərdar Berdiməhəmmədov xəbəri üçün şəkil

Türkmənbaşı.Trend:

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin beynəlxalq nəqliyyatda rolu durmadan artır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov cümə axşamı Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələridövlət başçılarının 8-ci Məşvərət görüşünün açılışında deyib.

“Regional və dünya işlərində Mərkəzi Asiyanın və Azərbaycanın mühüm siyasi və iqtisadi mərkəzlər kimi rolunun artması Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlər açır”, - deyə o bildirib.

Onun sözlərinə görə, region ölkələrinin iqtisadiyyatlarının dinamik inkişafı, şaxələndirilməsi, əhalinin həyat səviyyəsinin və texnoloji imkanlarının yüksəldilməsi ümumi maraqlar və qarşılıqlı fayda əsasında tərəfdaşlıq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.

“Mən əminəm ki, bu gün qarşımıza həqiqətən genişmiqyaslı strateji məqsədlər qoya bilərik”, - deyə Berdiməhəmmədov qeyd edib.

O, həmçinin ümumi mənəvi və mədəni dəyərlər məkanının möhkəmləndirilməsinin və humanitar istiqamətin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Bütün bu mühüm mövzuları və istiqamətləri bu gün müzakirə etməli, ölkələrimizin və xalqlarımızın yaradıcı inkişafına və rifahına yönəlmiş qiymətləndirmə və təkliflərimizi təqdim etməliyik”, - deyə Türkmənistan Prezidenti bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑