Siyasət · Ədalət

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər - TRIPP müzakirə edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər - TRIPP müzakirə edildi xəbəri üçün şəkil

Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan Respublikasının və Ermənistan Respublikasının müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

Nazirlər Kabinetindən Adalet.az-a bildiriblər ki, görüşdə tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, həmçinin bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət yetirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑