Siyasət · Editor.az

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər xəbəri üçün şəkil

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı Gorusda texniki məsələləri müzakirə ediblər.

Editor.az xəbər verir ki, Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, görüş oktyabrın 8-də Ermənistanın Gorus şəhərində baş tutub.

Görüşdə hər iki ölkənin aidiyyəti strukturlarının nümayəndələri elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki məsələləri nəzərdən keçiriblər. Tərəflər layihənin bu istiqaməti üzrə müxtəlif məsələlərə dair fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı qurumlararası koordinasiyanın təmin olunması və işlərin növbəti mərhələyə keçirilməsi üçün atılmalı addımlar da diqqət mərkəzində olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑