BAKI, 19 oktyabr. TELEQRAF
"Austrian Airlines" şirkətinə məxsus təyyarə mümkün bomba təhlükəsi barədə xəbərdarlıq aldıqdan sonra Bolqarıstanda təcili eniş edib.
Teleqraf xəbər "Haaretz" saytına istinadən xəbər verir ki, Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba olması barədə polisə məlumat verilib. Pilot Sofiyada təcili eniş edib.
Sərnişinlər təyyarəni tərk ediblər və mütəxəssislər yoxlama aparırlar.





