Dünya · Axar.az

Zaxarova Makronu ələ saldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaxarova Makronu ələ saldı xəbəri üçün şəkil

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa rəhbərliyinin etirazçılara qarşı sərt mövqeyini kəskin şəkildə tənqid edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Fransada baş verən etiraz aksiyalarının nəticələri fonunda prezident Emmanuel Makronun sərt tədbirlər görülə biləcəyini, hətta toplanmaların qadağan olunmasını istisna etmədiyini və talançılara qarşı barışmaz olacaqlarını bəyan etməsi rəsmi Moskvanın reaksiyasına səbəb olub.

Mariya Zaxarova Fransa liderinin bu açıqlamasına ironik və sərt səpgidə münasibət bildirib:

“Bax sənə əhsən! Bəs “insan hüquqları”, “özünüifadə azadlığı” və Makronun protejesi Zelenskinin ifadə etdiyi kimi, “onlar axı uşaqlardır” tezisi hara getdi? Yəni...”

Diplomat Qərb siyasətində tətbiq olunan ikili standartların hələ də davam etdiyinə diqqət çəkib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑