BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına endirdiyi zərbələrin dünya dizel yanacağı bazarına ciddi ziyan vurduğunu bildirib.
Teleqraf.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Zelenski Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəf seçir. O, bu hücumların ABŞ də daxil olmaqla, dünya dizel yanacağı bazarlarına ciddi zərər vurduğunu bilir”, – Tramp qeyd edib.
ABŞ Prezidenti bildirib ki, yaranmış vəziyyətdən fermerlər və müxtəlif müəssisələr əziyyət çəkirlər.
“Zelenskinin isə vecinə deyil”, – deyə Tramp iddia edib.
Trampın açıqlaması ABŞ ilə Ukrayna arasında Rusiyanın enerji obyektlərinə hücumlarla bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səslənib.




