Ekvadorun Quayaquil şəhərində kilsədə ayin keçirən keşişin başına divardan asılmış taxta xaç düşüb.
Lent.az xəbər verir ki, hadisə nəticəsində keşiş Patrisio Sançes Molinari həyatını itirib.
Hadisə canlı yayım zamanı qeydə alınıb. Xaçın zərbəsindən yerə yıxılan keşişə kilsədə olan şəxslər kömək etməyə çalışıblar, lakin onu xilas etmək mümkün olmayıb.
Xaçın divardan hansı səbəbdən qopduğu hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.




