ABŞ Rusiyanın enerji resurslarının əsas alıcılarına 100 faizlik gömrük rüsumlarının tətbiqini nəzərdə tutan qanunun icrası ilə bağlı Çinlə danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt CNN telekanalına müsahibəsində bildirib.
"Lindsi Qremin qanunu Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar haqqında deyil, Rusiya ilə ticarət aparan ölkələrə qarşı iqtisadi sanksiyalar haqqındadır. Onların arasında iki mühüm ölkə var: Çin və Hindistan. Biz Çinlə həm bu münaqişəni, həm də ABŞ ilə uzunmüddətli ticarət əlaqələrini müzakirə edirik", - deyə o bildirib.
ABŞ Prezidenti Donald Trampın sentyabrın sonunda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalamasını şərh edən Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan isə Pekinin birtərəfli məhdudlaşdırıcı tədbirlər vasitəsilə Rusiya ilə iqtisadi və ticarət əməkdaşlığını pozmaq cəhdlərinə qarşı olduğunu bildirib.
Bizim.Media






