Şimali Koreya lideri Kim Çen In akvaparkı olan 80 metrlik dəbdəbəli yaxtada istirahət edir.
Publika.az xəbər verir ki, bu barədə BBC yazır.
Jurnalistlər Şimali Koreyanın Vonsan limanının peyk görüntülərini araşdırıblar. Görüntülərdə yuxarı göyərtəsində dörd zolaqlı, 50 metrlik hovuz və su sürüşkənləri quraşdırılmış gəmi əks olunub.
Şimali Koreya liderinin bu yaxta ilə əlaqəsini dəqiq təsdiqləmək mümkün deyil. Lakin nəşrin izahına görə, Şimali Koreya rəhbərliyi ilə əlaqəsi olmayan hər hansı şəxsin belə obyektlərə sahib olması “demək olar ki, istisnadır”.
Hüseyn İbadlı




