Dünya · Teleqraf

Pekin və Vaşinqton arasında hərbi yaxınlaşma: Çin ABŞ ilə əməkdaşlığa hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pekin və Vaşinqton arasında hərbi yaxınlaşma: Çin ABŞ ilə əməkdaşlığa hazırdır xəbəri üçün şəkil

BAKI, 10 oktyabr. TELEQRAF

Çin Silahlı Qüvvələri ABŞ ordusu ilə qarşılıqlı əlaqəni gücləndirməyə və əməkdaşlığı genişləndirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çen Sİ bəyan edib ki, Çin ordusu iki ölkə rəhbərinin əldə etdiyi mühüm razılaşmaları lazımi səviyyədə yerinə yetirmək üçün ABŞ tərəfi ilə birgə işləmək əzmindədir:

“Biz dialoqu gücləndirməyə, mübadilə və əməkdaşlığı genişləndirməyə hazırıq. Bu addım Çin və ABŞ arasında hörmət, ədalət və qarşılıqlı faydaya əsaslanan konstruktiv strateji sabitlik münasibətlərinin qurulmasına yeni təkan verəcək”, - o qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑