ABŞ-ın Corciya ştatının Duqlas şəhərində yaşayış evində baş verən atışma nəticəsində 5 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, polis yaşayış evində atışma baş verməsi barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib və odlu silahdan açılan atəş nəticəsində 5 nəfərin meyitini aşkarlayıb.
Hazırda polis hadisənin səbəblərini araşdırır.

