Bu gün Dünya Psixi Sağlamlıq Günüdür.
Globalinfo.az “Yeni Sabah”a xəbər verir ki, o, 1992-ci ildən Dünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə qeyd olunur.
Günün məqsədi əhalinin psixi sağlamlıq problemləri, onun möhkəmləndirilməsi yolları, eləcə də psixi pozuntuların profilaktikası və müalicəsi barədə məlumatlılığını artırmaqdır.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyon insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, hər 40 saniyədə isə bir nəfər intihar edir.




