Dünya · Modern.az

Gürcüstan məhsullarının Rusiyaya idxalına qadağa qoyulub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstan məhsullarının Rusiyaya idxalına qadağa qoyulub
Gürcüstan məhsullarının Rusiyaya idxalına qadağa qoyulub

“Rospotrebnadzor” bir sıra Gürcüstan istehsalçılarının alkoqollu və alkoqolsuz içkilərinin Rusiyaya idxalını və ölkədə satışını dayandırıb.

Modern.az xəbər verir ki, Rusiya mediası bu barədə “RBK”nın əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məhdudiyyətlər bəzi istehsalçıların şərab, mineral su, limonad və kola məhsullarına şamil olunur. Səbəb kimi məhsulların texniki reqlamentlərin tələblərinə uyğun gəlməməsi göstərilir.

Məlumata görə, qadağa bütün Gürcüstan məhsullarını əhatə etmir. “Fontanka” nəşri xəbərin hələlik rəsmi təsdiqinin olmadığını qeyd edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑