Ölkə.az xəbər verir ki, sosial medai platformalarının 15 yaşdan kiçik uşaqlara xidmət göstərməsini qadağan edən qayda oktyabrın 10-da Rəsmi Qəzetdə dərc edilib
Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan qaydaya əsasən, yaş təsdiqlənməsi electron hökumət vasitəsilə yaradılan sənəd vasitəsilə həyata keçiriləcək.
Qaydalar sosial media platformalarına yaş təsdiqlənməsi və uşaqların qorunması ilə bağlı müxtəlif öhdəliklər qoyur. Qaydaya əsasən, platformalar 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. 15 yaşdan kiçik olduğu müəyyən edilmiş istifadəçilər üçün hesab açmaq üçün edilən müraciətlər rədd ediləcək.
Yeni qaydalara əsasən, 15 yaşı tamam olmuş uşaqların sosial media hesabları standart olaraq gizli olacaq. Bu hesablarda canlı yayım və fərdiləşdirilmiş reklamlara icazə verilməyəcək. Uşaqlar yalnız izlədikləri hesablardan mesaj ala biləcəklər. Bundan əlavə, digər istifadəçilər uşaqların hesablarının izləyici və izləmə siyahılarını görə bilməyəcəklər.
Qaydalar həmçinin sosial media platformalarının valideyn nəzarəti vasitələri təmin etməsini tələb edir. Bu, valideynlərə uşaqlarının hesab parametrlərini izləməyə, istifadə müddətini məhdudlaşdırmağa və pullu xidmətlərə icazə verməyə imkan verir.
Mövcud hesablar üçün yaş təsdiqlənməsi 31 mart 2027-ci il tarixindən gec olmayaraq tamamlanmalıdır. 15 yaşdan kiçik olduğu müəyyən edilmiş istifadəçilərin hesabları bağlanacaq.
Mürtəza





