Dünya · Sfera.az

Putin Trampa İranla bağlı "məsləhət" verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin Trampa İranla bağlı "məsləhət" verib xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianın razılığı ilə mümkün münaqişə nizamlanmasına dair Tehranın mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.

Kremlin nümayəndəsinin sözlərinə görə, Putin və Pezeşkian Türkmənistanda keçirilən sammit çərçivəsində iki dəfə görüşüblər. Görüşlərdən birində Rusiya lideri iranlı həmkarına Trampla planlaşdırılan telefon danışığı barədə məlumat verib.

Peskovun sözlərinə görə, daha sonra İran prezidentinin razılığı ilə Putin mümkün münaqişə həllinə dair İran tərəfinin mövqeyini Trampla bölüşüb.

Qeyd edək ki, Türkmənistanda Putin Pezeşkianla ayrıca görüş də keçirib. Bundan başqa, MDB və Xəzər Ətraf Mühit Sammitləri çərçivəsində Rusiya, İran və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutub.

Firuzə Əliyeva

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑