Dünya · Təzadlar

DMM: Pakistanda Məkkə sazişinə etiraz iddiaları əsassızdır - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DMM: Pakistanda Məkkə sazişinə etiraz iddiaları əsassızdır - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Bəzi sosial media hesablarında və mətbuat orqanlarında Pakistan xalqının Məkkə sazişinə etiraz etmək məqsədilə küçələrə axışdığı barədə iddialar həqiqətə uyğun deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Sözügedən paylaşımlarda istifadə olunan görüntülər, iddia edildiyi kimi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı diplomatik proseslərlə və ya hər hansı bir razılaşma ilə əlaqədar deyil”, – məlumatda bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində bəhs olunan görüntülərin Pakistanda daha əvvəl keçirilmiş daxili siyasət yönümlü nümayişlərə aid olduğu müəyyən edilib:

“Ölkəmizin də yer aldığı sülhü, əmin-amanlığı və sabitliyi möhkəmləndirmək məqsədi daşıyan diplomatik təşəbbüsləri hədəf alaraq ictimaiyyəti çaşdırmağa çalışan manipulyativ paylaşımlara və qavrayış əməliyyatlarına etibar edilməməsi xüsusilə xahiş olunur”.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑