Nəşrin yazdığına görə, ABŞ rəsmiləri Kiyevdən Rusiya neft emalı zavodlarına zərbələri birtərəfli qaydada dayandırmağı tələb ediblər. Vaşinqtonun mövqeyinə əsasən, bu hücumlar ABŞ-da yanacağın qiymətinin artmasına təsir göstərib.
Mənbənin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırması ilə əlaqələndirməyi təklif edib. Lakin iddiaya əsasən, Tramp bu iki addımı ekvivalent hesab etməyib.
Axios-a danışan ABŞ rəsmisi bildirib ki, Zelenski vəziyyəti düzgün qiymətləndirmir və Rusiya neft emalı zavodlarına zərbələri davam etdirməklə son altı ay ərzində Trampla qurduğu müsbət münasibətlərə zərər vurur.
Nəşrin mənbələri, həmçinin ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyini iddia ediblər.
Nəşr onu da yazıb ki, Ağ Ev rəsmisi deyilənləri təkzib edərək söyləyib ki, əksinə Uitkof və Kuşner ukraynalılara ABŞ-nin sursat və kəşfiyyat təmin edən güclü tərəfdaş olduğunu bildiriblər.
Rəsmi “Axios”a deyib ki, danışıqlar ABŞ, Avropa və NATO-nun müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın bir hissəsi olaraq Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətlərinin yekunlaşdırılmasına yönəlib.
Mürtəza

