Dünya · Teleqraf

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb xəbəri üçün şəkil

BAKI, 28 oktyabr. TELEQRAF

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva prezident seçkilərindəki rəqibi, senator Flaviu Bolsonarunun ölkəni tərk etməsini biabırçılıq adlandırıb.

Teleqraf xəbər verir ki, Lula da Silva bu barədə paytaxt Braziliyada jurnalistlərə açıqlamasında bildirib.

Prezident Bolsonarunun ölkədən getməsi barədə məlumatlı olduğunu təsdiqləyib.

“İndicə öyrəndim ki, rəqibim ölkəni tərk edib. Onun Braziliyadan getməsinə təəssüflənirəm. O, ölkədə qalıb özünə qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını sübut edə bilərdi”, – Lula da Silva deyib.

Braziliya lideri keçmiş prezident Jair Bolsonarunun oğlu Flaviu Bolsonarunun bu addımını “biabırçılıq” kimi qiymətləndirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑