İdman · Teleqraf

İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb.

Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat verib.

Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxta peyvənd sertifikatı aldığını etiraf edib: "Məhkəmənin qərarını qəbul edirəm və məsuliyyəti üzərimə götürürəm".

Məhkəmənin qərarı ilə Q.Cakaya 2 illik şərti cəza ilə yanaşı, 150 min İsveçrə fırankı (təxminən 180 min dollar) məbləğində şərti cərimə kəsilib. Futbolçu məhkəmə xərclərini də ödədiyini bildirib.

Qeyd edək ki, Lütsern prokurorluğunun apardığı təhqiqat çərçivəsində ifadə verən Caka son iki həftədə Millətlər Liqasının dörd oyununda milli komandanın heyətində yer almayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑