İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib.
29 yaşlı braziliyalı hücumçu bud nahiyəsində yaranan problemlə əlaqədar milli komandanın düşərgəsini vaxtından əvvəl tərk edərək kluba qayıdıb. Tibbi müayinə zamanı onun sağ budunun arxa hissəsində şişkinlik aşkarlanıb.
Beləliklə, Rafinya İspaniya La Liqasında “Xetafe”yə və UEFA Çempionlar Liqasında “Qalatasaray”a qarşı keçiriləcək görüşlərdə meydana çıxmayacaq.
“Bu, zədə deyil. Lakin ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədələndiyi üçün sağlamlığının qeydinə qalmalıyıq”, – deyə Flik bildirib.



