İdman · Globalinfo.az

Sinqapurda sprint sıralanma turunun qalibi Maks Ferstappen oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sinqapurda sprint sıralanma turunun qalibi Maks Ferstappen oldu xəbəri üçün şəkil

“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula-1” üzrə Sinqapur Qran-prisinin sprint sıralanma turunda birinci yeri tutub.

Globalinfo.az xəbər verir ki, niderlandlı pilot “Marina Bey” trasında dövrəni 1 dəqiqə 31,156 saniyəyə başa vuraraq poul qazanıb.

“Mercedes” komandasının təmsilçisi Corc Rassell liderdən 0,120 saniyə geri qalaraq ikinci olub. “Ferrari” pilotu Şarl Lekler isə Ferstappendən 0,243 saniyə geri qalmaqla üçüncü yerdə qərarlaşıb.

İlk onluqda, həmçinin Oskar Piastri və Lando Norris (“McLaren”), Lyuis Hemilton (“Ferrari”), Andrea Kimi Antonelli (“Mercedes”), İsak Hacar (“Red Bull”), Liam Louson (“Racing Bulls”) və Pyer Qasli (“Alpine”) yer alıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑