Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi Vinçenzo Montella ilə yollarını ayırdığını açıqlayıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, TFF Direktorlar Şurası növbəti seçkili ümumi yığıncağın tarixinə qədər fəaliyyətini davam etdirəcəyini bildirsə də, Vinçenzo Montellanın milli futbol komandasının baş məşqçisi kimi müqaviləsini yeniləməmək qərarını açıqlayıb.
Montella ilə bağlı bu qərara Milllətlər Liqasında və 2026-cı il Dünya çempionatında Türkiyə millisinin uğursuz çıxışları səbəb olub.



